?Ya Allah Hacıbala Abutalıbova verər, ya da mənə"; Şeyx aclığa bazlayır

img

27-03-2013 [11:58]


Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında gedən mülk davası davam edir. Evi başına uçurulan və etdiyi müraciətlərin heç birinə müsbət cavab ala bilməyən sənətkar bunun çarəsini deyəsən, tapıb. Mia.az AzNews.az-a istinadən xəbər verir ki, Ə.Mahmudbəyov həftəsonu aclıq aksiyasına başlayacağını deyib: ?Ya Allah Hacıbala Abutalıbova verər, ya da mənə. Etdiyim şikayətlərin heç birinə baxmırlar. Ona görə də bu yolda öldü var, döndü yoxdu. Prezident Aparatının qarşısında aclıq aksiyasına başlayacam və tələbim yerinə yetməyənə kimi aclığı dayandırmayacam. Lazım gəlsə evim, ailəm uğrunda ölməyə belə hazıram. Bütün media, QHT-ləri ora yığacam. Qoy bütün dünya bilsin ki, Azərbaycanda mer sənətkarın evini başına uçurub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA