Prezidentin keçmiz köməkçisinin qardazına azadlıq istəndi, prokuror etiraz etdi

img

27-03-2013 [11:49]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ?Texnikabank? idarə heyətinin sabiq sədri Samir Hüseynov (Mərhum Heydər Əliyevin tərcüməçısi işləmiş və hazırda İngiltərə də yaşadığı bildirilən Rauf Hüseynovun qardaşı-redak.), Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, idarə heyətinin sabiq sədr müavini Nicat Abdullayev, Yasamal filialının sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müadiri İlham Bahadurov, Xəzər filialının sabiq müdiri Natiq Cəfərli, bankın daha 17 nəfər əməkdaşı barədə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib. Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Samir Hüseynovun vəkili Muxtar Mustafayev vəsadətlə çıxış edib. O, müvəkkilinə qarşı sürülmüş ittihamların əsassiz olduğunu bildirib və cinayət işinə xitam verilməsini istəyib. Daha sonra digər təqsirləndirilən şəxs Anar Həmzəyevin vəkili Vasif Həsənov və Ramın Əlizadənin vəkili Qubad İsayev cinayət işinə xitam verilməsi və müvəkkillərinin barəsində olan həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə vəsadət qaldırıblar. Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edərək hazırda cinayət işinə xitam verilməsi ilə bağlı vəsadətlərin müzakirəsini məqsədəuyğun hesab etmədiyini bildirib: "Həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı məsələ də məhkəmə araşdırması zamanı müzakirə olunacaq məsələsdir". Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsi barədə vəsadətlə çıxış edib. Hazırlıq iclasının davamı martın 29-na təyin edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar. Onu da qeyd edək ki, Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib. Təqsirləndirilən Elnur Seyidov isə AXCP sədri Əli Kərimlinin qaynıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA