Ordumuzun mayoru bazından yaralanıb

img

27-03-2013 [04:56]


Azərbaycan ordusunun daha bir hərbçisi yaralanıb. Azərbaycan ? Ermənistan qoşunlarının təmas xəttində, Gədəbəy rayonu istiqamətində martın 26-da atəşkəsin pozulması nəticəsində mayor Əsgərov Ceyhun Malik oğlunun başından yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda fakt təsdiqlənib. Zabitin vəziyyətinin normal olduğu bildirilir. Xatırladaq ki, martın 26-da cəbhənin Gədəbəy istiqamətində atışma nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək həlak olub. Atışma nəticəsində Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev də yaralanıb. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA