icra bazçısının müavininin oğlu adam öldürdü

img

27-03-2013 [04:50]


Məmur övladlarının ?şıltaqlıqları? haqda mətbuatda çox yazılıb və bununla bağlı çoxsaylı faktlar mövcuddur. Hətta iş o yerə gəlib çatdı ki, ölkə başçısı keçirdiyi müşavirədə bu məsələnin üzərində xüsusi dayandı və bu kimi hallara yol verən məmurlara və onların övladlarına sərt xəbərdarlıq etdi. Bununla belə, hələ də məmur övladlarının özbaşınalıqları ilə bağlı müxtəlif xəbərlər gəlməkdədir. Növbəti bu cür arzuolunmaz xəbər isə Tərtər rayonundan daxil olub. Demokratiya.info-nun yaydığı məlumatda bildirilir ki, Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərovun oğlu bu günlərdə ölümlə nəticələn avtoqəza törədib. Belə ki, Vidadi Bəylərovun oğlu bir neçə gün bundan əvvəl başqa bir gənclə avtoşluq edirmiş. "Qonkaya" çıxan icra başçısının müavininin oğlu "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA