Ramil Usubov keçmiz icra bazçısının kürəkənini izdən çıxardı

img

27-03-2013 [01:24]


Daxili işlər naziri Ramil Usubov Nizami rayonunun keçmiş icra başçısı Mehbalı Əliyevin kürəkənin tutduğu vəzifədən azad olunması haqda sərəncam imzalayıb. Mia.az AzNews.az-a istinadən xəbər verir ki, Mehbalı Əliyevin kürəkəni Sahib Əliyev Binəqədi rayonu 6-cı polis bölməsinin rəisi vəzifəsindən uzaqlaşdırılıb. O, işdən xaric olunduqdan sonra isə daha kiçik vəzifəyə təyinat alıb. Keçmiş rəis bundan sonra Mehdiabad qəsəbəsində yeni yaradılmış Polis Bölməsində inspektor kimi çalışacaq. Xatırladaq ki, Mehbalı Əliyev ARDNŞ rəhbəri Rövnəq Abdullayevin xalası oğludur. Bir neçə il əvvəl səhhəti kəskin pisləşdiyindən icra başçısı vəzifəsindən çıxarılıb. Onun yerinə Prezident Administrasiyasından Tahir Budaqov göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA