Sabahdan sınaq imtahanına yazılız bazlayır

img

27-03-2013 [11:35]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış başlayır. TQDK-dan verilən məlumata görə, imtahana yazılış 28 mart saat 9:00-dan etibarən başlanacaq. Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq. Virtual ödəmə kartlarını həmçinin "Goldenpay", "Azericard" və "Netmoney" kartları vasitəsilə on-line ödəmə etməklə əldə edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA