Komitə sədri ilə Bakı Baz Gömrük idarəsinin rəisi arasında kompromat savazı bazlayıb

img

26-03-2013 [08:44]


[/center] Mənbə niyə məhz Naxçıvan qruplaşmasının V.Novruzovun namizədliyinin üstündə durması ilə bağlı məqama da aydınlıq gətirib: ?Aydın Əliyevin 4 müavinin hamısı Naxçıvan əsilli olsa da (Səfər Mehdiyev və Əsgər Abdullayev məşhur Nehrəm kəndindən, Rza Həsənəliyev və Nazim Məmmədov isə Ordubad rayonundandır), komitə sədri postuna ali rəhbərlikdə olmayan şəxsin gətirilməsi məsləhət bilinib. Yəni yeni sədr indiki rəhbərliyin intriqalarından nisbətən kənar adam olsun ki, çevik qərarlar qəbul edə bilsin. İkincisi, yeni sədr Bakı klanının təzyiqlərinə müqavimət göstərmək gücündə bir şəxs olmalıdır ki, bu keyfiyyətlərə də Vüsal Novruzovun xarakteri cavab verir. Nəhayət, Vüsal Novruzov Kəmaləddin Heydərovun biznesini idarə edənlərdən biridir və bu müddət ərzində bir dəfə də olsun xəta etməyib. Yəni ?fövqəlnazir"in şəxsən etimad göstərdiyi şəxsdir". Yada salaq ki, ?Yeni Müsavat?ın ötən saylarında A.Əliyevlə Naxçıvan klanı arasındakı qarşıdurma haqda məlumat vermişdik. Komitənin yanvarın 30-da keçirilən kollegiya iclasında A.Əliyev birinci müavini Səfər Mehdiyevin yarıtmaz fəaliyyətini kəskin ifadələrlə tənqid etmişdi. Bunun ardınca isə S.Mehdiyevin yaxın adamlarından birini nümayişkaranə şəkildə iclas zalından qovmuşdu. Həmin məlumatlara görə, A.Əliyev V.Novruzov haqqında kompromat toplanması ilə bağlı göstəriş verib. Bu kompromatlara Bakı Baş Gömrük İdarəsindəki korrupsiya faktlarını əks etdirən videogörüntülər də daxildir. Məlumatlı mənbələrdən qəzetimizə daxil olan xəbərə görə, V.Novruzov bu təhlükəni önləmək üçün haker qrupu yaradıb. Mənbə iddia edir ki, peşəkar hakerlərdən ibarət qrupun əsas işi saytları, xəbər portallarını izləmək, V.Novruzovla bağlı tənqidi yazıların dərc edildiyi saytları sıradan çıxarmaqdır. İndiyə qədər bir neçə o qədər də populyar olmayan saytları V.Novruzovun hakerləri sıradan çıxarıb. Görünür, gömrük xidmətindəki daxili savaş hələ uzun müddət davam edəcək. Təəssüf ki, gömrük boslarının nüfuz və mövqe uğrundakı savaşdan internet mediası da zərər görür(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA