Qəbələdə fəhlələr aksiya keçiriblər; 100-ə yaxın izçi maaz azlığından zikayətlənib

img

25-03-2013 [01:14]


Martın 25-də, səhər saatlarında Qəbələdə "Azəri Trans? tikinti şirkətinin fəhlələri etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları AzadlıqRadiosuna bildiriblər ki, işçi hüquqlarının tapdalanmasınadan, əmək müqavilələrinin olmamasından və maaşlarının azlığından şikayət edirlər. Aksiyada yüzə yaxın adam iştirak edib. Aksiya iştirakçıları deyiblər ki, 2 ay əvvəl çalışdıqları şirkətdən əmək müqaviləsi tələb etdiklərinə görə, 46 nəfər işdən azad edilib. Aksiyaçılar bununla bağlı Prezidentə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də məktubla müraciət ediblər. Aksiyaçılarla görüşən Qəbələ Rayon İcra Hakimiyyətinin baş arxitektoru Təbriz Abdulxalıqov onların tələbləriylə tanış olduğunu, qarşıdan gələn iş günlərində problemlərin həll ediləcəyini deyib. "Azəri Trans? tikinti şirkətindən məsələyə münasibət bildirməyiblər. Aksiyaya polis müdaxiləsi olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA