Partiya sədrindən icra bazçısına zok ittiham: "Onu nəsildən çıxarmızıq"

img

24-03-2013 [04:41]


Ölkə prezidentinin keçirdiyi son müşavirədə üstüörtülü şəkildə (müşavirənin yayımlanan hissəsində belə görünür) İmişlinin icra başçısı Vilyam Hacıyev də daxil olmaqla, bəzi icra başçılarına barmaq silkələməsi və özlərini yerlərdə doğrultmamaları ilə bağlı xəbərdarlıq etməsinə baxmayaraq V.Hacıyevin rəhbərlik etdiyi rayonda vəziyyət düzəlmir ki, düzəlmir. V.Hacıyevin qardaşının onun haqqında səsləndirdiyi fikirlərdən sonra belə düzələn bir şey yoxdu. Əksinə, V.Hacıyevlə bağlı müxtəlif xəbərlər mətbuatda yer almaqdadı. Bu xəbərlərə əlavəni isə V.Hacıyevin əmisi oğlu Hafiz Hacıyev əlavə edib: ?Vilyam Hacıyev haqqında danışmaq istəmirəm. Çünki bu adamı artıq etdikləri hərəktlərdən dolayı nəsildən çıxarmışıq. Belə bir adam bizim nəsilin üzvü deyil artıq?. H.Hacıyev V.Hacıyevlə bağlı daha bir maraqlı fikir də bildirdi və qeyd etdi ki, o, ciddi şəkildə səhvlərə yol verir və qardaşının başına açdığı oyunlara görə də yaxınları çox narahatdırlar: ?Bu adamın Həsən Əliyev küçəsində villası, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzili, onlarla müxtəlif obyektləri, Dubayda biznesi var. Bu istədiyi qədər yığıb. Onunla bağlı ən yaxşı qərarı cənab prezident verəcək. Az qalıb, təkcə o yox, bir çoxları hərəktələrinin qarşılığını görəcəklər? . (vətəninfo)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA