Bakıda yanğın: sakinlər evakuasiya olunur, əraziyə Təcili Tibbi Yardım və Polis qüvvəsi cəlb edilib

img

24-03-2013 [12:41]


Bakıda təzə tikilən binada yanğın baş verib. ?Qafqazinfo?nun məlumatına görə, Həsən Əliyev küçəsində təzə tikilmiş binada yanğın hadisəsi baş verib. Hal-hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Yanğından xilasediciləri yanğını söndürməyə çalışırlar. Hadisə şahidlərinin dediklərinə görə, yanğın binanın şaxtasında baş verib. Əraziyə Təcili Tibbi Yardım və Polis qüvvəsi cəlb edilib. Sakinlər binadan evakuasiya olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA