NiDA-çılar MTN-dən çıxarıldı; Həbs olunan gənclər təcridxanaya köçürüldü

img

22-03-2013 [11:22]


"Amnesty İnternational" təşkilatının "vicdan məhbusları" elan etdiyi və Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılan NİDA Vətəndaş hərəkatının 4 üzvü bu gün Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürülüb. Mia.az "BBC Azərbaycan"a istinadən xəbər verir ki, bunu həbs olunan təşkilat üzvlərindən Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev verib: "Martın 19-da keçirilən məhkəmədə də qərar verilmişdi ki, Rəşad Kürdəxanıdakı istintaq təcridxanasına köçürülsün. Amma biz səs küy salandan sonra onu martın 20-də köçürüblər. Dünən bizim xəbərimiz olub". Mustafayevin sözlərinə görə, müvəkkili ilə bayramdan sonra görüşmək mümkün olacaq: "Çünki biz məktubda dəyişiklik etməliyik, həm də bayram günüdür deyə poçtlar işləmir. İş günü başlayandan sonra martın 25, ya da 26-sı onla görüşməyə çalışacam". NİDA İdarə heyətinin üzvü Rəşadət Həsənov "BBC Azərbaycanca"ya deyib ki, Həsənov hələlik yalnız vəkillə görüşməlidir: "Prosedura görə ailə üzvləri ilə görüş verilmir. Amma lazım olan paltar, geyim və kitabı vəkil vasitəsilə göndərə biləcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA