Ramil Usubov xalası oğluna da vəzifə verdi

img

20-03-2013 [12:44]


Hər iki oğlunu rəhbərlik etdiyi nazirlikdə vəzifəyə təyin edən Daxili işlər naziri Ramil Usubov polis orqanları üüüçün daha bir maraq doğuran əmr imzalayıb. Nazir bu dəfə xalası oğluna vəzifə verib. Mia.az AzNews.az-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubov xalası oğlu, polis mayoru Süleyman Həsənovu Baş Dövlət Yol Polis İdarəsinin İstintaq-təhqiqat idarəsinin rəis muavini vəzifəsinə təyin edib. Məlumat üçün bildirək ki, Həsən Süleymanov Bədən Tərbiyəsi İnstitutunun məzunudur. O, sonradan Polis Akademiyasını bitirib və bir müddət daxili işlər naziri Ramil Usubovun köməkçisi də işləyib. Həsən Süleymanov bu təyinata qədər isə Təhqiqat İdarəsində baş təhqiqatçı vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA