Rəhim Qazıyev həbs edildi; Sabiq müdafiə nazirinin saxlanılma səbəbi bilindi - Yenilənib

img

19-03-2013 [09:57]


Martın 19-da keçmiş müdafiə naziri Rehim Qazıyevi polis Bakıda saxlayib. Bu barədə Azadlıq Radiosuna Rəhim Qaziyevin qardaşı Rahab Qazıyev məlumat verib. Rahab Qaziyev deyib ki, Rəhim Qaziyevin saxlanması xəbərini onun evinə zəng edib bildiriblər: "Zəng edənlər özlərini DİN əməkdaşları kimi təqdim ediblər. Ancaq Rəhim Qaziyevin nə səbəbdən saxlandığını bildirməyiblər. Rəhim Qaziyev saat 17 20-radələrində evindən AzadlıqRadosuna getmək üçün çıxmışdı. Sonradan onun saxlandığı xəbərini aldıq". DİN mətbut xidmətindən isə bu deyilənlərə münasibət öyrənmək mümkün olmayib. Rəhim Qaziyev Azadlıq radiosunun "İşdən sonra" proqramının qonagı olmalıydı. Ancaq bu verlişdə iştirak edə bilməyib. *** Martın 19-u axşam saatlarında saxlanılan və hara aparıldığı bəlli olmayan keçmiş müdafiə naziri Rəhim Qazıyev gecə saatlarında sərbəst buraxılıb. Qazıyev sərbəst buraxılandan sonra "Azadlıq" qəzetinin əməkdaşı onunla danışa bilib. Rəhim Qazıyev deyib ki, evindən çıxaraq "Azadlıq" radiosuna verilişə qatılmaq üçün gedərkən İnşaat və Memarlıq Universitetinin yaxınlığında bir neçə nəfər qarşısını kəsib, zorla bir maşına oturdaraq aparıblar. Yalnız mənzil başına çatanda bilib ki, onu DİN-in Mütəşəkkil Cinatəkarlıqla Mübarizə İdarəsinə ("bandotdel") gətiriblər. Dediyinə görə, idarədə Qazıyevə son vaxtlar mətbuatdakı çıxşıları ilə bağlı xəbərdarlıq ediblər. "Ora--bura çox məktub yazırsan, dinc otur", deyib hədə-qorxu gələndən sonra Qazıyevi kameralardan birində daha 2 saat saxlayıb, sonda sərbəst buraxıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA