Misir Mərdanov Eldar Əzizovun kadrını ?vurdu?

img

19-03-2013 [07:38]


Təhsil naziri Misir Mərdanov ötən ilin sentyabr ayında Sumqayıtın icra başçısı Eldar Əzizovun təkidli xahişi ilə Gəncə şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən Sumqayıt Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri postuna ?transfer? etdiyi Mahal Əliyevi tutduğu vəzifədən azad edib. Mia.az-a Sumqayıtdan daxil olan xəbərdə bildirilir ki, Mahal Əliyevin işdən azad olunması haqda bir neçə ehtimal olsa da, nazir əmrində ?səhhət məsələsi?ni əsas gətirib. Guya şöbə müdiri səhhəti ilə bağlı nazirdən işdən azad olunmasını xahiş edib: ?Amma bu inandırıcı deyil?. Yeri gəlmişkən, xatırladaq ki, Mahal Əliyev hazırda Sumqayıtın icra başçısı olan Eldar Əzizovun ən etibarlı kadrlarından hesab olunur. O, Eldar Əzizovun rəhbərliyi altında Bakının Nizami rayonunda da təhsil şöbəsinin (həmin dövrlər Bakının rayon şöbələri fəaliyyət göstərib. Bu qurumlar sonradan Bakı şəhəri üzrə Təhsil İdarəsinə birləşdirilib - redak.) müdiri işləyib. Eldar Əzizov Gəncəyə başçı təyin olunduqdan sonra isə Mahal Əliyev də həmin şəhər təhsilinə rəhbər gətirilib. Vaqif Əliyevin işdən çıxarılmasından sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunan Eldar Əzizovun yenə də etibarlı kadrını unutmayıb. O, bu təyinatından az sonra Mahal Əliyevi rəhbərlik elədiyi şəhərin təhsil şöbəsinə gətirməyə nail olub. Bu səbəbdən də Misir Mərdanovun Mahal Əliyevi işdən azad edən əmrinin Eldar Əzizov tərəfindən necə qarşılandığı da maraq mövzusu olaraq qalır. Xəbərlə bağlı dəqiqləşdirmələrimiz davam edəcək! Tərəfləri də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA