Prezident mühafizə xidmətinin polkovnikinə general-mayor rütbəsi verdi

img

19-03-2013 [01:41]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin polkovniki Sabir Nağıyevin rütbəsini yüksəldib. Mia.az xəbər verir ki, Prezidentin sərəncamı ilə polkovnikə general-mayor hərbi rütbəsi verilib. Xatırladaq ki, Sabir Nağıyev xidməti vəzifəsində bir neçə dəfə təltif olunub. O, 2008-ci ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 15 illiyi münasibətilə, dövlətin milli təhlükəsizliyinin, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə, vəzifə borclarını yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup zabitlə birlikdə "Vətən uğrunda" medalı ilə də təltif edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA