Azərbaycanda 3 qardaz güllələndi, 1 nəfər öldü, iki nəfər yaralandı

img

19-03-2013 [01:25]


Azərbaycanın Şirvan şəhərində qonşuların mübahisəsi ölümlə nəticələnib. Bu gün saat 19:30 radələrində qonşular arasında silahlı insident baş verib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Belə ki, silahlı insident zamanı Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib. Onun qardaşı 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu və 1970-ci il təvəllüdlü Nağdəliyev Yavər Səyyar oğlu güllə yarası ilə Şirvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin ehtimala görə, silahlı insident şəxsi mübahisə zəminində baş verib. Qonşuları güllələyən şəxsin kimliyi hələ açıqlanmır və onun tutulması üçün axtarışlar davam edir. /Trend/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA