Prezident nəfərə 5 nəfərə medal verdi; Fonda isə 5 milyon ayırdı

img

19-03-2013 [01:22]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əməkdaşlarının ?Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə? medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mia.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə və miqrasiya orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aşağıdakı əməkdaşları ?Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə? medalı ilə təltif ediliblər: Abdullayev İsmayıl Əli oğlu Əhmədov Əsgər Məmməd oğlu Kazumov Orxan Vahid oğlu Mehdiyev Əli Mehdi oğlu Nağıyeva Aygün Nizami qızı. *** Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələrin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA