Ramil Usubov Qənimət Zahidi bağızladı

img

18-03-2013 [01:36]


Daxili işlər naziri Ramil Usubovun iddiası üzrə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı məhkəmənin hazırlıq iclası bu gün saat 12.30-da Yasamal rayon məhkəməsində davam edib. İclasda R.Usubovun vəkili Əlirza Əbilov məlumat verib ki, nazir iddiaya səbəb olan məqalə ilə bağlı qəzetin təkzib verdiyini nəzərə alaraq iddiasını geri götürür. Məhkəmə qərarını saat 17-də açıqlayacaq. Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahid barəsində cinayət təqibi başlamaq və onu cəzalandırmaq tələbi ilə məhkəməyə müraciət ediblər. Səbəb Q. Zahidin ?Azadlıq?da dərc olunmuş ?Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib? başlıqlı yazısıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA