TQDK 28 zagirdin imtahan nəticəsi ləğv edib

img

18-03-2013 [01:06]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən martın 17-də Respublikanın bütün peşə liseylərinin (cəmi 45) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanları keçirilib. Qurumun mətbuat xidmətindən bldirilib ki, respublika üzrə 29 imtahan mərkəzində baş tutan imtahan saat 12:00-da başlanıb və 2 saat müddətində aparılıb. Bütün mərkəzlərdə imtahan prosesi təlimata uyğun aparılmış, iştirakçıların təqdim olunmuş test tapşırıqları üzrə öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən müxtəlif binalarda 28 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürmə hallarına görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub. Qeyd edək ki, müxtəlif binalarda imtahana buraxılış zamanı 4 nəfərin başqasının yerinə imtahana girməyə cəhd etdiyi aşkarlanıb. Hal-hazırda TQDK-da baş verən bu qayda pozuntusuna görə müvafiq araşdırma aparılır. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin martın 19-dək elan olunması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA