Səfər Əbiyev polkovniki izdən çıxardı

img

17-03-2013 [03:21]


Müdafiə naziri Səfər Əbiyev ciddi kadr dəyişikliklərinə start verib. Nazirin martın 14-də imzaladığı əmrlə Silahlı Qüvvələrin Avtomobil Xidmətinin rəisi, polkovnik İmran Məmmədov tutduğu vəzifədən uzaqlaşdırılaraq, sərəncama göndərilib. Rəsmi sənədlərdə onun vəzifədən azad edilməsi yaşıyla əlaqələndirilsə də, mənbəmiz əslində, bunun bəhanə olduğunu deyir: ?Polkovnik İmran Məmmədov heç də yaşlı deyil və onun 55 yaşı var. Baxmayaraq ki, Müdafiə Nazirliyi sistemində pensiya yaşı 53 göstərilir, amma nazirlikdə hətta 60-dan yuxarı yaşı olan çoxlu insanlar yüksək postları tutub. Odur ki, polkovnikin istefaya göndərilməsinin yaş senziylə əlaqəli olduğunu iddia etmək inandırıcı deyil. Əslində bu Müdafiə Nazirliyi sistemində nəzərdə tutulan kadr islahatlarının ilkin dalğasıdır və prosesin bundan sonra da davam edəcəyi gözlənilir?(aznews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA