Hərbi hissədə əsgərimiz qətlə yetirilib

img

16-03-2013 [10:01]


Azərbaycan milli ordusunun Yevlaxda yerləşən N saylı hərbi hissəsində daha bir əsgərimiz güllələnib. Cəlilabad Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 1994-cü il təvəllüdlü Miriyev Elvin Fikrət oğlu aldığı güllə yarasından həlak olub. Bu barədə redaksiyamıza mərhum əsgərin yaxın qohumlarından biri məlumat verib. Mənbə bildirir ki, bu gecə əsgərin cənazəsi Cəlilabada gətirilərək ailə üzvlərinə təhvil veriləcək. Qətlin səbəbləri barədə ətraflı məlumat verilmir. Qeyd edək ki, son aylar ərzində onlarla əsgər müəmmalı şəkildə qətlə yetirilib, bu qətllərə etiraz əlaməti olaraq ölkənin fəal gəncləri ?Əsgər ölümünə son? şüarı ilə aksiyalar keçiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA