"Quba üsyanı"nda həbs olunan jurnalistlər buraxıldı

img

15-03-2013 [07:39]


Bu gün Xaçmaz rayon Məhkəməsində Anar İbrahimovun sədrliyi ilə Quba hadisələrində təqsirləndirilən 6 nəfərə hökm oxunub. "Bizimyolinfo.com" xəbər verir ki, hakim Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevə 5 il , ?Xəyal? TV-nin icraçı direktoru Vüqar Qonaqova, televiziyanın baş redaktoru Zaur Quliyevə 3 il şərti cəza , Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 4 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 2 il 6 ay, onun nəvəsi Muxtar Ələkbərova 3 il 6 ay həbs cəzası verilib. Jurnalistlər məhkəmə zalından azadlığa buraxılıblar. Qeyd edək ki, Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyev, ?Xəyal? TV-nin icraçı direktoru Vüqar Qonaqov, baş redaktoru Zaur Quliyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədov Cinayət Məcəlləsinin 233, 309.2-ci maddəsi ilə, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayev 233-cü maddə ilə, Muxtar Ələkbərov 186.2.1, 186.2.2, 233-cü maddələri ilə ittiham olunurdular. Prokuror Əhəd İbrahimov Quba rayon bələdiyyəsinin sədri Elxan Əliyevə 6 il, ?Xəyal? TV-nin icraçı direktoru Vüqar Qonaqova 4 il 6 ay, baş redaktor Zaur Quliyevə 4 il 6 ay, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zakir Məmmədova 5 il, yanacaqdoldurma məntəqəsinin təsisçisi Gülağa Ağayevə 3 il, 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib. Quba hadisələrinə görə ümumilikdə 30 nəfər həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA