Cavid Qurbanov ailə qurub

img

15-03-2013 [01:05]


Azərbaycanda yüksək çinli məmur ailə həyatı qurub. 

"Azəryol Servis" ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bu günlərdə ikinci dəfə ailə həyatı qurub. 

Xatırladaq ki, bir neçə il əvvəl Cavid Qurbanovun həyat yoldaşı ağır xəstəlikdən vaxtsız vəfat edib. 

 Millət vəkili ikinci evlilik həyatını Azərbaycanın Avstriyadakı sabiq və mərhum səfir Fuad İsmayılovun həyat yoldaşı ilə qurub. 

Qeyd edək ki, Fuad İsmayılov da ağır xəstəlikdən sonra 2011-ci ildə dünyasını dəyişib. Cavid Qurbanov ikinci evliliyini yaxın çevrəsinin iştirakı ilə təmtəraqdan uzaq rəsmiləşdirib. 

 Allah xoşbəxt eləsin! 

Qafqazinfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA