Ramil Usubov kiçik oğluna da yüksək vəzifə verdi

img

13-03-2013 [10:46]


Daxili işlər naziri Ramil Usubov kiçik oğlu Raul Usubova DİN-də yüksək vəzifə verib. Bu təyinatla yanaşı. Daxili İşlər Nazirliyində səlahiyyət islahatı da aparılıb. Belə ki, Raul Usubovun yeni təyinatından sonra oğurluq və cibgirlik hadisələri Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən deyil, adıçəkilən idarənin nəzdində yaradılacaq yeni şöbədə araşdırılacaq. Həmin şöbəyə isə Ramil Usubovun kiçik oğlu Raul Usubov rəhbərlik edəcək. Bu yüksək vəzifəni daşımaq üçün nazir oğlunun rütbəsini də artırıb. Raul Usubova polkovnik-leytenant rütbəsi verilib. Əməkdaşımız bu məlumatları dəqiqləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Əməkdaşımızın suallarını cavablandıran mətbuat xidmətinin əməkdaşı isə bu barədə məlumatlarının olmadığını bildirərək, məsələylə bağlı dəqiqləşdirmə apardıqdan sonra məlumat verəcəyini söyləyib. Amma bundan sonra təkrar telefon əlaqəsi yaratmaq istəsək də, çoxsaylı cəhdlərimiz nəticəsiz qaldı və zənglərimizə cavab verən olmadı. Məlumatın rəsmi şəkildə təkzib olunmaması bu informasiyanın həqiqət olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, Ramil Usubovun böyük oğlu Emil Usubov da DİN-də yüksək vəzifə tutur. O, Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi vəzifələrini daşıyır(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA