Məcburi köçkünlərin BDU-nun yataqxanalarından köçürülməsinə bazlanılıb

img

13-03-2013 [01:40]


Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarından məcburi köçkünlərin köçürülməsi prosesi başlanılıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, köçürülmə prosesinə dünəndən start verilib. BDU-nun yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfər hamısı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1410 ailəlik yeni məhəllədə məskunlaşacaqlar. Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasındakı 677 ailə də bu qəsəbəyə köçürüləcək. BDU-nun yataqxanalarının köçürülməsinin dəqiq nə zaman başa çatacağı hələlik məlum deyil. BDU-nun yataqxanalarının köçürülməsi başa çatandan sonra Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarının köçürülməsinə başlanacaq. ADNA yataqxanalarında məskunlaşan məcburi köçkünlər Masazır qəsəbəsinə köçürüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA