?El" Hərəkatı rəsmən elan olundu, Eldar Namazov sədr seçildi

img

12-03-2013 [10:47]


?El? Hərəkatı rəsmən elan olunub. Bu gün hərəkatın ofisində keçirilən təqdimat prosesində qurumun rəsmən yaradıldığı açıqlanıb. ?El? Hərəkatının Təşəbbüs Qrupu yaradılıb və Eldar Namazov onun sədri seçilib. Təşəbbüs Qrupuna Musa Yaqub, Nurəddin Mustafayev, Eldar Abbasov, Rasim Ağayev, Əli Abbasov, Zəfər Quliyev, Maşallah Allahverdiyev və digərləri daxildirlər. Təqdimat mərasimində bildirilib ki, ?El? Hərəkatının Bakı, Sumqayıt, Gəncə şəhərləri daxil olmaqla Azərbaycanın 35 şəhər və rayonunda təşəbbüs qrupları yaradılıb. E.Namazov bildirib ki, ?El? Hərəkatının məqsədi siyasi müstəvidə olan boşluğu doldurmaqdır. Təqdimat mərasiminə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, Pənah Hüseyn, Azərbaycan İslam partiyasının sədr müavini Rövşən Əhmədiv və eləcə də Ziyalılar Forumunun üzvləri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA