Ekologiya Nazirliyində korrupsiya faktı azkarlandı; Vəzifəlilərə cinayət izi açıldı

img

12-03-2013 [09:07]


Azərbaycanda külli miqdarda büdcə vəsaitini mənimsəmiş vəzifəli şəxslər barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzində 2010-2013-cü illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən çirkab sutəmizləyici qurğuların cari təmirinə qanunsuz olaraq 260 min manat məbləğində vəsait rəsmiləşdirilərək silinib, eyni zamanda, anbarda 65 min manat məbləğində mal-material çatışmazlığı aşkar edilib. Bundan başqa, 2012-ci ilin dekabr ayında mərkəzin sutəmizləyici qurğularında təmir-tikinti işlərinin aparılması üçün "Exiles STS" MMC ilə 126 min manat dəyərində müqavilə imzalandığı halda, təmir-tikinti işlərinin dəyərinin süni olaraq 101 min manat artırıldığı, ümumilikdə isə işlərin həcminin süni surətdə artırılması nəticəsində 183 min manat məbləğində büdcə vəsaitinin mənimsənildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA