Prezident ilham Əliyevin Monteneqroya rəsmi səfəri bazlayıb

img

12-03-2013 [04:05]


Bu gün Azərbaycan Respublikasının Prezidenti Monteneqro Respublikasına rəsmi səfər edib. Podqoritsa Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Monteneqro Prezidenti Filip Vujanoviç qarşılayıb. Hərbi orkestrin ifasında Azərbaycanın və Monteneqronun dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Monteneqronun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Monteneqro Prezidenti Filip Vujanoviçə təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA