Müdafiə Nazirliyində generallar yenidən davaya qalxdı

img

11-03-2013 [04:04]


Azərbaycan Müdafiə Nazirliyinin iddası əsasında general-mayor Lənkəran Əliyev və onun övladları - qızları Eleonora, Səbinə və Zoya Əliyevalara qarşı da başlamış məhkəmə prosesinin növbəti ?raund?una start verilib. Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, nazirlik general-mayor Lənkəran Əliyevin övladları ilə birlikdə hal-hazırda yaşadığı mənzilin tamamilə boşaldılması haqda əvvəlcə Yasamal Rayon Məhkəməsində iddia qaldırıb və qalib gəlib: ?General rayon məhkəməsinin bu qərarını tamamilə əsassız sayır və bu səbəbdən qətnamədən apellyasiya şikayəti verib. Artıq onun şikayəti Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub, araşdırılır?. Müsahibimizin sözlərinə görə, general-mayorun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevin sədrliyi ilə baxılır: ?Hakim İsmayıl Vəliyev Lənkəran Əliyevin Yasamal Məhkəməsinin qətnaməsindən verdiyi şikayət üzrə martın 13-ə iclas saatı təyin eləyib. Əgər hakim İsmayıl Vəliyev rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayarsa, o zaman general və ailəsi mənzili boşaltmalı olacaqlar. Çünki qanunvericiliyə görə, Apellyasiya Məhkəməsindən sonra qərarların icraçı qanuni qüvvəyə minir və məcburi xarakter daşıyır?. Yeri gəlmişkən, qeyd edək ki, Lənkəran Əliyev Azərbaycan Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisidir. Onunla nazirlik, konkret olaraq Səfər Əbiyev arasında uzun müddətdir gərginlik var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA