Zakir Qaralova qarzı daha bir tələb rədd olundu

img

11-03-2013 [03:49]


Baş prokuror Zakir Qaralovun daha bir əmrinə etirazını bildirən prokuorluq əməkdaşının şikayəti növbəti məhkəmə instansiyası tərəfindən də rədd olunub. Bu barədə mia.az-a daxil olan məlumata görə, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Şamil Nəbi oğlu Quliyevun Zakir Qaralovun 2010-cu ildə imzaladığı əmrin ləğv edilməsi və işə bərpa haqda 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsindən etdiyi şikayətə martın 5-də Bakı Apellyasiya Məhkəməsində baxılıb: ?Bakı Apellyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidovanın sədrliyi ilə Şamil Quliyevin şikayətinə baxılıb. Martın 5-də hakim iş üzrə qərarını elan edib. Və 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. Yəni qərar dəyişdirilmədən saxlanılıb. Bu isə kiçik ədliyyə müşaviri Şamil Quliyevin şikayətinin təmin olunmaması deməkdir?. Xatırladaq ki, baş prokuror Zakir Qaralov 24 may 2010-cu il tarixli əmr ilə Şamil Quliyevi prokuror vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyi, həmçinin, "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin tələblərini kobud surətdə pozduğuna görə, həm vəzifəsindən, həm də prokurorluq orqanlarından xaric edib. Şamil Quliyev isə baş prokurorun imzaladığı bu əmrlə razılaşmır. Gələn xəbərə görə, keçmiş prokurorluq işçisi Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə şikayət etmək niyyətindədir. Yeri gəlmişkən, az əvvəl Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanov da Zakir Qaralova qarşı oxşar iddia qaldırmışdır. O, Dövlət Neft Akademiyasında terror törətməkdə ittiham olunan Fərda Qədirovla qohumluq səbəbindən işdən azad olunmasına etirazını bildirsə də, məhkəmə onun da şikayətlərini təmin etməyib. Mövzu ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA