?irəli?nin sədri Gəncədəki əxlaqsızlıq olayından danızdı: ?Məhkəməyə verəcəyik?

img

11-03-2013 [02:11]


?İrəli? İctimai Birliyinin sədri Rauf Mərdiyev Gəncədə təşkil etdikləri layihə çərçivəsində iştirakçı qızlardan bir neçəsinə əxlaqsız təkliflər etmələri haqqında yayılan məlumat barədə danışıb. R.Mərdiyev APA-ya açıqlamasında bildirib ki, bir ay əvvəl Gəncədə keçirdikləri ?Gənc Liderlər üçün Qış Universiteti? layihəsi çərçivəsində onun və layihə rəhbəri Xaqani Cəfərovun qaldıqları hoteldə iştirakçı qızlardan ikisini əxlaqsızlığa məcbur etmələri ilə bağlı yayılan məlumatlar tamamilə yalandır. R.Mərdiyev bildirib ki, bu məlumatlar müxalifətin uğursuz 10 mart aksiyasından sonra ?İrəli?yə qarşı aparılan qarayaxma kampaniyası, çirkin oyundur: ?Çünki 10 mart aksiyası ilə bağlı mənim rəhbərliyim altında online məkanda onları ifşa etməyimiz onları narahat edib?. Təşkilat rəhbəri sözügedən məlumatı yayanları məhkəməyə verməyə hazırlaşdıqlarını da deyir: ?Biz bu məsələnin üstünə çox ciddi düşəcəyik. Onlar haqqımızdakı bu məlumatı da heç bir fakt, sübut göstərmədən nifrət dolu şər-böhtan olaraq yayıblar. Onlar həmin məlumatda qeyd edirlər ki, bir ay bu məsələni araşdırıblar və əllərində sübut var, bəs nədir o sübut? Niyə təqdim etmirlər? Çünki həmin layihə çərçivəsində heç bir mənfi hal daşıyan hadisə baş verməyib, iddia olundu kimi hansısa mafiya gecəsi-filan baş verməyib. Layihənin 100 nəfər iştirakçısı olub və onlar tərəfindən də heç bir narazılıq qeydə alınmayıb?. Qeyd edək ki, bəzi saytlarda və sosial şəbəkələrdə bir ay əvvəl Gəncədə keçirilən qeyd olunan layihənin iştirakçılarından biri tərəfindən məlumat yayılıb ki, layihə ərzində keçirilən gecələrin birində qaldıqları hoteldə mafiya oyunu təşkil ediblər. Oyun zamanı qonşu otaqda ?İrəli? sədri Rauf Mərdiyev və Xaqani Cəfərov tərəfindən iştirakçılardan olan iki qıza əxlaqsızlıq təklif olunub: ?Birdən gecə saat 23:30 radələrində qızların ağlaya-ağlaya çıxdıqlarını gördük. Orada Rauf Mərdiyev və Xaqani Cəfərov vardı. Qızlar etiraf etdi ki, adı çəkilən şəxslər qızları əxlaqsızlığa dəvət ediblər, qızlar etiraz etdikdə isə onlara ?sizi evdən bir həftəyə bura buraxıblarsa, hansı əxlaqdan danışa bilərsiz?!? - deyə, soruşublar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA