Hüquq müdafiəçisi və jurnalist buraxıldı; 100-dək aksiyaçı da azad olundu

img

10-03-2013 [11:40]


Martın 10-da Bakıda ?Əsgər ölümlərinə son? şüarı ilə keçirilən aksiyada həbs olunaraq Səbail polisində saxlananlardan bir qrupu avtobusla Qobustan istiqamətinə aparılaraq daha sonra sərbəst buraxılıb. Mia.az xəbər verir ki, bu haqda ?Azadlıq" radiosu məlumat yayıb. Bundan əvvəl isə təkcə Yasamal Rayon Polis idarəsindən ümumilikdə 66 nəfər aksiya iştirakçısı sərbəst buraxılmışdı. Yasamal polisində saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyev bir qədər əvvəl sərbəst buraxılıb. O, müsahibəsində aksiyaya gedərkən yolda saxlandıqlarını deyib. ?Biz bir qrup hüquqşünas belə qərara almışdıq ki, aksiya keçiriləcək meydana ?Nizami? nin abidəsi tərəfdən gedək. Yolda bizi görən, bir polis polkovniki bizə yaxınlaşdı hara getdiyimizlə maraqlandı. Dedik aksiyaya gedirik. Bundan sonra polislərə göstəriş verdi və hamımızı maşınlara mindirib Yasamal polisinə gətirdilər?. Qeyd edək ki, ?Əsgər ölümlərinə son? şüarı ilə keçirilən etiraz aksiyasında saxlanılanlardan jurnalist Xədicə İsmayıl, AXCP Gənclər Komitəsinin üzvü Bəyim Həsənli və AXCP fəalı Nüşabə Atakişiyeva da Qobustan ərazısınə aparılaraq azad ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA