Aksiya bazladı; Polislər su zırnağı, rezin güllə, gözyazardıcı qazdan istifadə edir-FOTOLAR

img

10-03-2013 [03:48]


[/center] 15.12. Bütün təzyiqlərə, təqiblərə baxmayaraq aksiya iştirakçılarını qovub dağıtmaq mümkün olmur. Onlar su şırnaqları altında tamamilə islansalar da, meydanı tərk etmir, oturaq aksiya keçirməyə çalışırlar. 15.14. Aksiya iştirakçılarının bir hissəsi "Azərbaycan" kinoteatrı istiqamətində hərəkət edirlər. Təxminən 10 adam saxlanılıb. [center][lib]aksiya-10_mart-3.jpg[/lib][/center] 15.15. Redaksiyamıza verilən xəbərə görə, ölkənin cənub istiqamətindən paytaxta daxil olan avtomobillərin qarşısı kəsilib. Salonunda kişilər olan maşınlar paytaxta buraxılmır. Bu tədbirin 10 mart aksiyası ilə bağlı olduğu bilidirilir. [center][lib]aksiya-10_mart-1.jpg[/lib][/center] 15.16. Aksiya davam edir. Supüskürdən maşınlardan vurulan təzyiqli su gənclərin əzmini qıra bilmir. Polislər həbslər həyata keçirir, saxlanılanları döyə-döyə polis maşınlarına basırlar. 15.17. 1000-dən artıq aksiya iştirakçısının olduğu bildirilir. Polis qüvvələri qıvraq gənclərin öhdəsindən gələ bilmir. Yalnız su şırnaqları ilə onları müvəqqəti dağıtmaq mümkün olur. Ancaq gənclərin yenidən toplaşırlar. Bütün Fəvvarələr meydanı boyunca aksiya gedir, şarlar səslənir. Polis səsgücləndiricilər vasitəsilə gəncləri dağılışmağa çağırır. 15.21. AzadlıqRadiosunun əməkdaşları xəbər verirlər ki, polis ikinci dəfə aksiyaçıları dağıtmağa çalışır. Polislər ?Əsgər ölümünə son? deyə şüarlar səsləndirən aksiya iştirakçılarına xəbərdarlıq edirlər: ?Dağılışın, əks halda həbs olunacaqslız. Qarşıdurma yaratmayın?. Polis yenə də aksiyaçılara qarşı su şırnağından və rezin güllələrdən istifadə edir. Təxminən 5 nəfər daha saxlanıb. [center][lib]aksiya-10_mart-5.jpg[/lib][/center] 15.22. Aksiyaçılar iki hissəyə bölünüb. Natəvan klubunun yanında çoxlu gənc toplanıb, şüarlar səsləndirir, əsgər ölümlərinə etirazlarını bildirirlər. 15.25. Polis aksiya iştirakçılarını qorxutmağa çalışır, havayarezin güllələr atır, səsgücləndiricilərlə çağırışlar edirlər. Bununla belə, gənclərin dirənişi davam edir. Saxlanılanların sayı xeyli artıb. 15.27. Aksiya davam edir. Gənclər şəhid əsgərlərin valideynləri ilə birlikdə "Makdonalds"ın qarşısında şüarlar qışqırırlar. Polislər onların qarşısını kəsiblər, ancaq həmlə edib qovmurlar. 15.28. Çevik polis alayının əməkdaşları pərən-pərən salınmış aksiya iştirakçılarını bir-bir "ovlayır", yaxınlıqda dayanmış avtobuslara aparırlar. 15:36. Aksiyada daha 30 nəfər saxlanılaraq avtobusa mindirilib. Saxlanalar arasında Xədicə İsmayıl da var, Onun dediyinə görə, aksiyanın dağıdılması zamanı gözyaşadıcı qazdan istifadə edildiyindən saxlanaların bəzilərinin səhhətində problem yaranıb. Polis səsgücləndirici ilə aksiyaçılara xəbərdarlıq da edir: ?Aksiya qanunsuzdur, buna görə də dağılışın?. Aksiyada minval.az saytının əməkdaşı İlkin Zəfərli də saxlanılıb. Onu Bakı Şəhər Baş Polis İdarəsi rəsinin müavini Səhlab Bağırovun birbaşa göstərişi ilə saxlayıblar. [center][lib]aksiya-10_mart-4.jpg[/lib][/center] 15:48. KİÇİK QRUPLAR ETİRAZLARINI DAVAM ETDİRİRLƏR. Onlar əsgər ölümləri ilə bağlı şüarlar səsləndirirlər. Polis onları ərazidən uzaqlaşdıraraq polis avtomobilinə və ya avtobuslara mindirərək ərazidən uzaqlaşdırır. Saxlananlara arasında qadınlar və media nümayəndələri də var. Əli dəyənəkli və dəbilqəli polis Nizami küçəsindən Fəvvarələr Meydanına gələn yolları tam nəzarətdə saxlayır. Su şırnağı vuran maşınlar da ərazidə gözləməkdədir. 15:55. Etiraz aksiyası kiçik qruplarla hələ də davam edir: Onlar əsgər ölümləri ilə bağlı şüarlar səsləndirilir. 15.58. Aksiya yekunlaşmış sayılır. Fəvvarələr meydanında yalnız polislər və jurnalistlər qalıb. Saxlanılanların əsasən Səbayel və Yasamal polis idarələrinin bölmələrinə aparıldığı bildirilir. 16:14. Aksiya başa çatsa da, etirazçılardan Fəvvarələr Meydanını tərk etməyənlər də var. Polis onlara "Bizim qanunla gücdən istifadə etmək haqqımız var, ona görə də dağılışın" deyə növbəti dəfə xəbərdarlıq edir. Bu dəqiqiələrdə daha bir nəfər saxlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA