Müxalifətçi gənclər saxlanıldı - Yenilənib

img

10-03-2013 [02:06]


Ölkənin müxalifət partiyalarının gənclər təşkilatlarının üzvləri 10 mart aksiyası qabağı həbs olunmağa başlayıb. Bu barədə ?musavat.com?a VHP Gənclər Təşkilatından Samir Əsədli bildirib. O, qısaca deyib ki, yeddi gənc fəal Novxanı qəsəbəsində keçirilən ATƏT-in tədbirində həbs olunublar. Bundan sonra əlaqə kəsilib və sonradan S.Əsədlinin telefonuna zəng çatmayıb. Əldə etdiyimiz məlumata görə isə, tədbirin keçirildiyi yerə basqın edən polislər təşkilatın Polşa təmsilçisini döyüb. Müsavat Gənclər Təşkilatından Yeganə Hacıyeva, AXCP-dən Əbülfəz Qurbanlı və VHP-dən Samir Əsədli də daxil olmaqla, yeddi gənc həbs olunub. Onların Binəqədi Rayon Polis İdarəsinə aparıldığı bildirilir. *** Martın 9-da gecə saat 23.30 radələrində isə həbs edilənlər otelə geri qaytarılıb. Bu barədə danışan S.Əsədli qeyd edib ki, həbs edilənlər arasında Müsavat, AXCP, ADP, KXCP, VHP üzvləri və Avropa Hərəkatının təmsilçiləri olub: "VHP, AXCP, ADP-nin hər birindən iki nəfər, KXCP, Müsavat və Avropa Hərəkatından isə hər birindən 1 nəfər saxlanmışdı. Ümumilikdə 9 nəfər idik. Bizi AF Hotelə qaytardılar. Yəqin ki, ATƏT-in təlimində olduğumuz üçün bizi geri gətirdilər. Ancaq hələ də otelin həyətində mülki geyimlilər var".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA