YAP-dan aksiyaya sərt etiraz: ?Qətiyyətlə qarzısı alınacaq?

img

10-03-2013 [02:00]


Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) sabah gənclərin Azərbaycanda əsgər ölümü ilə bağlı keçirəcəyi aksiyaya münasibət bildirib. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı SalamNews-a bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinin icazəsi olmadan heç bir aksiya keçirilə bilməz. Onun sözlərinə görə, bu cür aksiyaların keçirilməsi qanunsuzdur və qətiyyətlə qarşısı alınacaq: "Hesab edirəm ki, ölkə daxilində sabitliyin pozulmasına yol verilməyəcək". Xatırladaq ki, martın 10-da saat 15:00 radələrində gənclər Fəvvarələr meydanında "Əsgər ölümünə son!" şüarı altında yeni bir aksiya keçirməyi planlaşdırırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA