Ramil Usubov 11 rayonun zikayətçiləri ilə görüzdü

img

09-03-2013 [05:10]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar martın 9-da Bərdə şəhərində növbəti qəbul keçirib. Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Goranboy, Beyləqan, Tərtər, Naftalan, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Xocalı şəhər və rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib. Daxili işlər naziri tərəfindən qəbul edilən 30 vətəndaşın müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Qalan müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA