Deputatın evi qarət olunub; Millət vəkili xəbəri yalanladı

img

09-03-2013 [02:38]


Milli Məclisin üzvü Jalə Əliyevanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaxınlığında yerləşən mənzili qarət olunub. Bu barədə mia.az-a daxil olan xəbərdə bildirilir ki, deputatın evini ötən ay yağmalasalar da, o, bu hadisəni mətbuatdan gizlətməyə çalışıb: ?Jalə xanımın mənzili Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaxınlığında yeni inşa olunmuş yüksəkmərtəbəli binada yerləşir. Mənzilindəki oğurluq faktı hansısa səbəbdən gizli saxlanılır. Binanın komendatı və mühafizəçilərinə də gizliliklə bağlı tapşırıq verildiyi deyilir. Hətta hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilmədiyi də bildirilir. Görünür, mənzildən elə də qiymətli əşya aparılmayıb?. Hadisə ilə bağlı yaxın saatlarda deputatın fikrini də öyrənməyə çalışacağıq. Bizi izləyin! *** Mia.az-a açıqlama verən deputat isə yayılan xəbəri qətiyyətlə təkzib edib. O, deyib ki, yaşadığı bina və onun həyəti yüksək səviyyədə qorunur: ?Həyətimiz yüksək səviyyədə qorunur. Belə bir səviyyədə qorunan binada qarət olması mümkün deyil. Belə bir şey olsaydı, gizlətmədən deyərdim. Yayılan xəbər tamamilə yalandır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA