Siyəzən icra hakimiyyəti: "Aksiyaçılar yolu kəsməyib, polis olaya müdaxilə etməyib?

img

07-03-2013 [07:13]


?Bu gün səhər saatlarında ?Səyəzən Broyler?in işçilərinin rayon icra hakimiyyəti binası qarşısında aksiya keçirərkən onların polis tərəfindən zorla avtobuslara mindirilməsi və bu zaman işçilərin müqavimət göstərmələri haqda yazılanlar həqiqətə uyğun deyil?. Bu sözləri musavat.com-a açıqlama verən Siyəzən Rayon İcra Hakimiyyətin informasiya təminatı və təhlil sektorunun müdiri Rəhman Mürvətov deyib. R.Mürvətovun bildirdiyinə görə, ?Səyəzən Broyler?in işçiləri hər gün səhər saatlarında İH binasının yaxınlığındakı dayanacaqdan fabrikə məxsus avtobuslarla işə gedirlər. Sektor müdiri deyib ki, işçilər də aksiyadan sonra yolu keçib avtobuslara miniblər. R.Mürvətov bildirib ki, işçilərin yolu bağlaması haqda deyilənlər də həqiqətdən uzaqdır: ?400-500 nəfərin eyni anda yolu keçməsi yolda tıxacın yaranmasına və hərəkətin dayanmasına səbəb olur. Onlar icra hakimiyyəti qarşısındakı aksiyadan sonra avtobuslara minib işə getmək üçün yolu keçiblər. Bu da yanlış olaraq mətbuatda aksiya iştirakçılarının yolu bağlaması kimi qələmə verilib?. R.Mürvətov polisin aksiyaya müdaxilə etmədiyini, ətraf rayonlardan əlavə polis qüvvələrinin gətirilmədiyini də deyib: ?Yerli polislər aksiya iştirakçılarını sadəcə müşayiət ediblər. Heç bir müdaxilədən söhbət gedə bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA