Ramil Usubovla Kəmaləddin Heydərov Qənimət Zahidi məhkəməyə verdi

img

06-03-2013 [05:29]


Daxili işlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında məhkəmə iddiası qaldırıblar. Bu barədə Teleqraf.az-a (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) Yasamal rayon Məhkəməsindəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, nazirlərin məhkəməyə müraciət etməsinə səbəb ?Azadlıq? qəzetində dərc olunmuş ?Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib? başlıqlı məqalədir. Mənbə bildirib ki, fövqəladə hallar naziri K.Heydərov baş redaktorun Cinayət Məcəlləsinin 147.2 maddəsilə, daxili işlər naziri Ramil Usubov isə 147.1 maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir. Məhkəmədə nazirlərin müdafiəçisi kimi vəkil Əlirza Həbilov çıxış edəcək. Mənbə onu da əlavə edib ki, bildiriş sənədləri yaxın günlərdə ?Azadlıq? qəzetinə göndəriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA