Zabitlər nazirə qarzı qalxdı; General Səfər Əbiyevin evi önündə piket təyin olundu

img

06-03-2013 [12:15]


Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi martın 9-na Ədliyyə Nazirliyinin binası və müdafiə naziri Səfər Əbiyevin evi qarşısına piketlər təyin edib. Bakı Şəhər İcra hakimiyyətinə rəsmi müraciət olunub. Aksiyalar zabitlərə istifadə olunmamış məzuniyyətə və cəbhəyanı zonada xidmətə görə ödənişlərin verilməməsi şikayətləri üzrə məhkəmə qərarlarının icrası tələbi ilə keçirilir. ?Turan? xəbər verir ki, piketlərdə ?Məhkəmə qətnamələri icra edilsin!?, ?Pul kompensasiyaları ödənilsin!?, ?Səfər Əbiyevin xaricə çıxışına qadağa qoyulsun!?, ?Məhkəmə hakimiyyətini iflic edən məmurlara ar olsun!? şüarları səsləndiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA