Vilaym Hacıyevdən özünüqoruma taktikası

img

06-03-2013 [10:14]


İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev hazırda İqtisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində işləyən qardaşı Eldar Hacıyevə 49 min manatlıq kələk gəlməsi xxəbəri ictimaiyyələşəndən sonra sözügedən rayonun icra başısı işlərini tədbirli görməyə başlayıb. V.Hacıyev artıq rayonda aparılan təmir-tikinti və abadlıq işləri ilə bağlı sahibkarlara yaranmış borclarını müvafiq akt və sənədlərlə ödəməyə başlayıb. Rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, sahibkarlara olan 586 min manat borc ödənilib. Belə ki, İmişli rayonunda abadlıqla bağlı apardığı tikinti işlərinin dəyərinə görə iş adamı Müqayis Verdiyevə 400 min manat, iş adamları Samir Xəlilov və Yaqub Babazadəyə birlikdə 136 min manat, iş adamı Maşallah Əhmədova isə 50 min manat borc ödənilib. Borcun ödənməsi barədə akt tərtib olunub, iş adamları da hazırda borcun ödəndiyinə dair izahat yazaraq heç bir şikayət və tələblərinin olmadığını bildiriblər. Məsələnin ən maraqlı tərəflərindən biri odur ki, İcra Hakimiyyəti bu xəbərlə yanaşı, rəsmi sənədləri də dövrü mətbuat və xəbər portallarına göndərib. Əlbəttə, bütün bunların Vilyam Hacıyevin növbəti borc qalmaqalından bəri başdan özünü sığortalamaqla bərabər, həm də qardaşı və digərləri tərəfindən barəsində deyilən ittihamları boşa çıxarmaq məqsədi daşıdığı sirr deyil. Bizi məlumatlandıran informasiyalı şəxsin sözlərinə görə, Vilyam Hacıyevin bu hərəkətləri səbəbsiz deyil. Başçı qardaşının ittihamlarından sonra həqiqətən də böyük şok yaşayıb: ?O, bütün imkanlarını işə salaraq qardaşının həmin ittihamları təkzib etməsinə də alışdı. Paralel olaraq hakim dairələri adı ətrafında yaranmış etimadsızlığı aradan qaldırmaq üçün inandırmağa cəhd etdi. Ancaq görünür, bu istəyinə tam nail ola bilməyib. Ona görə də qalmaqal yaranmış digər sahibkarların borcları ilə bağlı yuxarıda qeyd edilən xəbəri yaydı?. Məlumatlı şəxsin sözlərinə görə, icra başçısı yuxarıda adları çəkilən sahibkarların borclarını ödəsə də, həmin qalmaqalın ətrafında cərəyan edən qanunsuzluqlar gündəmdədir: ?İcra hakimiyyəti rayonda aparılan təmir-tikinti işlərinin əksəriyyətində firmalarla müqaviləsiz işləyib. Günü bu gündə buna görə bəzi fəhlələrə yaranmış borc ödənməyib. İstər bu, istərsə də mal-materialların alınması, daşınması müvafiq sənədlərdə öz əksini tapmadığından ortada iri məbləğə vergidən və Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan vəsaitin yayındırılması faktı da var. Ox maraqlıdır ki, cavabdeh təşkilatlar bu qanunsuzluğa göz yumurlar. Onlar ancaq pinəçilərin, bərbərlərin obyektlərində belə yoxlama aparıb, cərimə yazmaqla məşğuldurlar?. Müsahibimizin sözlərinə görə, rayonda aparılan abadlıq işləri büdcə təşkilatlarının əməkdaşlarını və rəhbərlərini də müflis günə qoyub: ?Təhsil şöbəsinin işçilərindən tutmuş, bələdiyyə, kənd icra nümayəndələrinə qədər abadlıq işlərində xərcə düşüblər. Çox yaxşı olardı ki, rayon maliyyə idarəsi aparılan abadlıq işləri ilə bağlı sərf olunan maliyyə vəsaitinin məbləğini açıqlasın. Əgər bu sahə üzrə yoxlama aparılarsa, büdcə təşkilatları rəhbərlərinin də hansı qanunsuzluqlara əl atması tam təsdiqlənəcək?. Qarşı tərəfin mövqeyini dərc edə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA