Zakir Qaralova qarzı daha bir iddia qaldırılıb

img

06-03-2013 [10:11]


Baş prokuror Zakir Qaralova qarşı daha bir keçmiş işçisi tərəfindən iddia qaldırılıb. Bu barədə mia.az-a daxil olan məlumata görə, Zakir Qaralovun 2010-cu ildə imzaladığı əmrlə vəzifəsindən azad olunan Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Şamil Nəbi oğlu Quliyev məhkəməyə müraciət edib. Xatırladaq ki, baş prokuror Zakir Qaralovun verdiyi 24 may 2010-cu il tarixli əmrdə göstərilir: 1. Prokuror vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə, "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin tələblərini kobud surətdə pozduğuna görə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Quliyev Şamil Nəbi oğlu prokurorluq orqanlarından xaric edilsin. 2. Əmr prokurorluq əməkdaşlarına elan edilməsi üçün bütün tabe struktur qurumlara göndərilsin". Şamil Quliyev isə baş prokurorun imzaladığı bu əmrlə razılaşmır. O, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, barəsində imzalanmış bu əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş edib: ?Ancaq sözügedən məhkəmənin çıxardığı qətnamə Şamil Quliyevi razı salmayıb. O, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib?. Müsahibimizin sözlərinə görə, sabiq prokurorun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub və hazırda araşdırılır: ?Şamil Quliyevin Zakir Qaralovun əmrinin ləğv edilməsi və prokurorluq orqanlarındakı işinə bərpa edilməsindən bəhs edən şikayəti icraata qəbul olunub. İş hakim Səriyyə Seyidovanın sədrliyi ilə araşdırılır?. Müsahibimiz deyir ki, Şamil Quliyevin şikayəti üzrə martın 5-nə təyin olunmuş proses növbəti həftəyə keçirilib. Məhkəmənin gedişi və digər məlumatlarla bağlı növbəti saylarımızda məlumat verəcəyik. Mövzu ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. #231;il

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA