çingiz Qənizadənin "dava"sına reaksiya

img

05-03-2013 [12:44]


Milli Məclisin deputatı Çingiz Qənizadə ilə Binəqədi rayon su kanal idarəsinin rəisi arasında baş verən münaqişə ilə bağlı xəbərə reaksiya gəlib. MİA-ya daxil olan məlumata görə, deputatla münaqişə edən şəxs Binəqədi rayon su kanal idarəsinin rəisi yox, həmin idarənin sifarişini yerinə yetirən podratçı şirkətin rəhbəri olub. Onu da nəzərə çatdıraq ki, Çingiz Qənizadə "Yeni Müsavat"a açıqlama verərək belə bir münaqişənin olmadığını deyib. Amma hadisənin şahidləri belə bir münaqişənin olduğunu, buna ərazidə keçirilən yas mərasiminə gələnlərin də şahid olduqlarını deyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA