Gəncənin polis rəisinin müavini izdən çıxarıldı

img

05-03-2013 [12:19]


Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin birinci müavini Anar Əkbərov tutduğu vəzifədən azad olunub. Musavat.com APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə A.Əkbərov sərəncama götürülüb. Boş qalmış birinci müavin vəzifəsinə hələlik təyinat olmayıb. Qeyd edək ki, polis general-mayoru Rasim Musayev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edildikdən sonra A.Əkbərov bir müddət rəis vəzifəsini icra edib. Fevral ayında isə Bakının Xəzər rayon Polis İdarəsinin rəisi polis polkovniki Faiq Şabanov Gəncə şəhər Baş Polis İdarəsinə rəis təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA