Prezident daha üç rayonun icra bazçılarını vəzifələrindən çıxardı

img

04-03-2013 [09:44]


Azərbaycan prezidenti İlham Əliyev Vidadi Məhərrəmovun Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Mia.az xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Ramiz Məhərrəm oğlu Cəbrayılov Laçın rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. İlham Əliyev həmin rayona keçmiş polis rəisi Akif İsmayıl oğlu Səlimovu başçı təyin edib. Prezident İlham Əliyev, həmçinin Həbib Hüseyn oğlu İbrahimovun Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Abbasqulu Cəfərqulu oğlu Abbasov Naxçıvan Muxtar Respublikası Sədərək rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA