Millət vəkili çingiz Qənizadə ilə idarə rəisi arasında əlbəyaxa dava olub

img

04-03-2013 [06:02]


Milli Məclisin deputatı Çingiz Qənizadə ilə Binəqədi rayon su kanal idarəsinin rəisi arasında münaqişə olub. Müstəqil İnformasiya Agentliyinin (mia.az) məlumatına görə, deputatla idarə rəisi arasındakı münaqişə əlbəyağa dava ilə nəticələnib. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, deputat Binəqədi rayon Koroğlu küçəsində evinə gedərkən yolun dağılmasına etiraz edib. Bu zaman ərazidə olan idarə rəisi Ç.Qənizadəyə kobud cavab verib. Nəticədə idarə rəisi ilə deputat arasında dava düşüb. Verilən məlumata görə, Ç.Qənizadə idarə rəisini döyüb. Hadisə Binəqədi rayon icra hakimiyyətinin binasının yaxınlığında baş verib. Bu səbəbədən də qısa müddətdə olay yerinə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da gəlib. Deputatın idarə rəisini döyməsinə baxmayaraq, icra başçısının təkidi ilə millət vəkilindən üzr istənilib. Məsələylə bağlı Ç.Qənizadənin mövqeyini öyrənməyə çalışırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA