Şeyx: ?5-6 ?mozennik? ?oyun? oynayır. Telefona da cavab vermir ki, deyəm Kərəm ayıbdır?

img

04-03-2013 [10:37]


Şeyx Əbdüldən Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənova növbəti sərt və maraqlı ittiham gəlib. Kinorejissor Şeyx Əbdül Mahmudbəyovu hövsələdən çıxaran hal isə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı uçurulmuş evi ilə bağlı qaldırdığı iddia ərizəsinə verilən cavabdır. Məhkəmə işinin hansı yerdə olması ilə bağlı mia.az-ın sorğusunu cavablayan Şeyx deyib ki, məhkəmədən verilən cavab onu lap hövsələdən çıxarıb: ?Mənə məhkəmədən məktub gəlib ki, bəs, ?Qış bulvarın?da ?F.F.2011 MTK? şirkətinin apardığı tikintinin Bakı Şəhər İcra Hakimiyyətinə heç bir aidiyyətı yoxdur. İşə baxan hakimlə danışdım. Həmin məktubda bildirilir ki, mənim yaşadığım evin ətrafında gedən tikintiyə dövlətin heç bir aidiyyatı yoxdur. Tikinti xüsusi şirkət tərəfindən aparılır. Bütün bu işlərə görə, şirkət məsul şəxsdir. Hacıbala Abutalıbov və onun əl-altısı Zülfəli yenə də dövlətin, prezidentin adından alver edirlər. Əgər kimsə burada özü üçün tikinti aparırsa, o zaman camaatın hüququnu bərpa etməlidir. Buna deyən yoxdur ki, ay bala, sən kimsən? Nəsən? Nə ixtiyarın var? Ağzını da açanda deyirlər ki, get, kimə şikayət edirsənsə et?. Şeyx deyir ki, əslində, adıçəkilən firma da onların özlərinindir: ?Bu, onların öz firmalarıdır, yalandan adını dəyişib, əllərinə düşən səlahiyyətdən istifadə edirlər. Bu, nə idarəçilik sistemidir? Evimi uçurdub başıma töküblər, deyirlər dinmə... Beş-altı nəfər ?moşenniklər? xalqla ?oyun? oynayır?. Müsahibimiz üzləşdiyi problemdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovu da ittiham edib: ?Kərəm Həsənovun qardaşının burada aparılan tikinti işində iştirakı var. Mən ağsaqqal kişiyəm. Bir ildir ki, Kərəm Həsənov məni aldada-aldada oturub. Görüş üçün söz verən K.Həsənov vədinə əməl etmir. 5 dəfə qəbuluna getmişəm, telefonda vədələşmişik. Özü telefona cavab vermir ki, deyəm Kərəm ayıbdır, siz mənim evimi uçurmusuz. Mən sizdən çörək, su, pul istəmirəm. Mənim bu dövlətə etdiyimin Kərəmin etdiyi cinayətlər qədər dəyəri yoxdur? Mənə bir nömrə verib, o da cavab vermir?. Bahar Rüstəmli

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA