icra bazçısı sahibkarlara olan borcunu ödədi

img

01-03-2013 [10:46]


İmişli rayonunda sahibkarlarla bağlı yaranmış anlaşılmazlıq həllini tapıb. Rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, sahibkarlara olan 586 min manat borc ödənilib. Belə ki, İmişli rayonunda abadlıqla bağlı apardığı tikinti işlərinin dəyərinə görə iş adamı Müqayis Verdiyevə 400 min manat, iş adamları Samir Xəlilov və Yaqub Babazadəyə birlikdə 136 min manat, iş adamı Maşallah Əhmədova isə 50 min manat borc ödənilib. Borcun ödənməsi barədə akt tərtib olunub, iş adamları da hazırda borcun ödəndiyinə dair izahat yazaraq heç bir şikayət və tələblərinin olmadığını bildiriblər. Xatırladaq ki, yanvar ayında İmişli rayonunda sahibkarlarla bağlı yaranmış anlaşılmazlıq mətbuatın diqqət mərkəzində olub(ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA