Prezident yeni təyinatlarla bağlı sərəncam verdi

img

01-03-2013 [10:33]


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Mia.az xəbər verir ki, yeni sərəncama əsasən Cəbiyev Qafar Cəfər oğlu və Ağayev Əlvan Həsən oğlu 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin ediliblər. Mia.az hər iki şəxsin tərcümeyi-halını təqdim edir: [b]Əlvan Ağayev:[/b] - 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. O, 1960-cı ildə Naxçıvan MR-in Şərur rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhərində D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitunun əmtəəşunaslıq fakültəsinə daxil olmuşdur. 1980-cı ildə Şərur şəhər təsərrüfatlararası tikinti idarəsində fəhlə işləmişdir. 1982-ci ildə Kooperativ komisyon ticarəti idarəsində tədarükçü, 1984-cü ildən isə həmin idarənin baş direktoru vəzifəsində çalışmışdır. 1987-ci ildə Şərur şəhər istehlak cəmiyyətində ərzaq malları üzrə əmtəəşünas, 1988-ci ildə həmin idarədə təftişçi, 1990-1996-cı illərdə Şərur şəhər istehlak cəmiyyətində baş əmtəəşünas vəzifələrində çalışmışdır. 1996-cı ildə "Azərkitab" birliyinin baş direktoru vəzifəsində işləyib. 2003-ci ildən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Evlidir, iki övladı var. *** Qafar Cəbiyev 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H.Zərdabi adına KDPİ-nin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977-1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-cı ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981-1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2008-ci ildə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. Dörd monoqrafiya, 100-dən çox elmi məqalə müəllifidir. "Qızıl qələm" mükafatı laureatıdır. Evlidir. İki övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA