Azərbaycan ordusunda daha bir əsgər ölümü

img

01-03-2013 [01:32]


Göyçay hərbi komissarlığından hərbi xidmətə çağırılmış rayonun Kürdəmiş kənd sakini Ədliyyə Nazirliyinin hərbi hissəsində (bəzi məlumatlara görə, Müdafiə Nazirliyinin Qazaxda yerləşən N saylı hərbi hissəsində) xidmət edən, 1990-cı il təvəllüdlü, əsgər Allahverdiyev Seymur Mürvət oğlu müəmmalı şəkildə dünyasını dəyişməsi barədə məlumat yayılıb. Teleqraf.com kənd sakinlərinə istinadən xəbər verir ki, əsgərin yaxınları onun döyülərək öldürüldüyünü iddia edirlər. Əslən Göyçaydan olan, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin verdiyi məlumata görə, əsgərin cəsədini gətirən hərbçilər oonun meyitinə baxmağa icazə verməyiblər. Onlar mərhum əsgərin tezliklə dəfn edilməsini tələb edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA